gücü çatar (bacarar)

/ one can (is able to) do it / one has the strength (the power) to do it / someone is equal to the task по плечу / под силу (доступен для выполнения или понимания)
gücsüzlüyü hiss etmək (özünü pis hiss edərək getmək və s.)
gücü çatdıqca (bacardıqca)
OBASTAN VİKİ
At gücü
At gücü (a. g.) — güc ölçü vahidi, 1 a.g. = 735,5 Vt. Dünyada “at gücü” ölçü vahidinin bir neçə ölçüsü vardır. Bir çox ölkələrdə “at gücü” anlayışı avtomobil və elektrik mühərriklərinin güclərinin təyin olunması üçün istifadə edilməkdədir. Belə ki, 100 atlıq avtomobil deyincə, 100 dənə atın çıxardığı güc şəklində başa düşülür. At gücü adətən avtomobilləri tanıdarkən istifadə edilir, ancaq bu anlayışın təməli daha çox keçmişlə bağlıdır. At gücü, (ingiliscə tərcüməsi Horse Power və ya qısaca HP) anlayışını ilk dəfə 1782-ci ildə istifadə edən James Wattdır. Bu mühəndis ixtira etdiyi buxarlı maşınları satarkən müştəriyə maşının gücü haqqında məlumat verməli idi və o zamanlarda maşınlar çox inkişaf etməmiş olduğu üçün güc deyincə insanların ağlına atlar gəlməkdə idi. James Wattda bu yolu izlədi və gücün simvolu halına gələn atlarla və onların gücləri ilə maraqlanmağa başladı.
Bazar gücü
Bazar gücü (ing. market power) — mikroiqtisadiyyatda və sənaye bazarları nəzəriyyəsində firmanın məhsul və ya xidmətin qiymətini marjinal xərclərdən yuxarı qaldırmaq qabiliyyəti. Mükəmməl rəqabət şəraitində bazar gücü tamamilə yoxdur. Fərdi istehlakçılar və firmalar əmtəə və ya xidmətin qiymətini verilmiş kimi qəbul edirlər, yəni qiymət ekzogen olaraq verilir. Qiymət marjinal xərcə bərabər olduğundan firmalar sıfır iqtisadi mənfəət əldə edirlər. Qeyri-kamil rəqabət şəraitində firmalar sövdələşmə gücü və qiymətlərə təsir etmək imkanı əldə edirlər. Nəticədə qiymət marjinal xərcləri üstələyir və firmalar sıfırdan fərqli iqtisadi mənfəət əldə edirlər. Qiymətin marjinal xərcdən artıq olması bazar gücünün bir ölçüsüdür. == Bazar gücünün səbəbləri == Sövdələşmə qabiliyyəti mükəmməl rəqabət üçün ilkin şərtlərdən hər hansı birinin pozulması nəticəsində yarana bilər. Bazar təklifi məhdud sayda firmalar tərəfindən formalaşır və ya bazar tələbi məhdud sayda alıcılar tərəfindən təqdim olunur.
Erməni gücü
Erməni gücü 13, AP, Armenian Mob və ya Armenian Mafia ― Kaliforniya ştatının Los Anceles şəhərində fəaliyyət göstərən erməni kriminal qruplaşması. Qruplaşma əsasən narkotik ticarəti, qətl, dələduzluq, insan alveri, qanunsuz qumar oyunlarının təşkili, adam oğurluğu, reket, soyğunçuluq və qəsblə məşğul olur. ABŞ prokurorluğunun qeydlərinə görə qruplaşmanın 2000-dən çox qeydiyyata alınmış üzvü və yüzlərlə tərəfdaşı var. Bu qruplaşma həmçinin Meksika-Amerika mafiyası və xüsusən də təsir dairəsini genişləndirməkdə olan La Cañada OG Blocc Crips (LCBC) kimi kriminal dəstələrlə sıx əlaqəyə malikdir. == Tarixi == Kaliforniya Baş Prokurorluğunun 1996-cı il tarixli hesabatına görə Erməni gücü 13 rus mütəşəkkil cinayətkar qrupları ilə güclü əlaqələrə malik olub. 1988-ci ilin yayında dəstənin iyirmi üzvü tərəfindən Hollivudun şərqində yerləşən kiçik bir ticarət mərkəzinin park yeri ələ keçirilmiş və öz qərargahlarına çevrilmişdir. Ticarət mərkəzindəki restoran və geyim mağazalarının sahibkarları ciddi qorxmuş və təhlükəsizlikləri üçün Los Anceles Polis Departamentinin köhnə əməkdaşlarına mühafizə üçün müraciət etmişdilər. 1997-ci ilin ortalarına qədər Erməni gücü 13 qruplaşmasının onlarla sürücünün qətlində günahkar olduğu güman edilirdi. Eyni zamanda AP rəhbərliyi Ermənistan və Rusiyada fəaliyyət göstərən cinayətkar qruplar ilə yüksək səviyyəli əlaqələrə malikdir. Hələki Şərq sahilində və Cənubda fəaliyyət göstərən Erməni-Amerikan icmalarında, Van (mərkəzi) erməniləri arasında, Suriya və İraq ermənilərinin icmalarında şəbəkənin fəaliyyəti qeydə alınmamışdır.
Kompüterin gücü
Kompüterin gücü (ing. computer power) – kompüterin müəyyən işi görə bilmək bacarığı (imkanı). Əgər kompüterin gücünü, onun müəyyən zaman aralığında yerinə yetirdiyi komandaların sayı kimi təyin etsək, onda gücü bir saniyədə milyon komandalarla (million instructions per second, MIPS) və ya bir saniyədə sürüşkən nöqtəli milyon əməliyyatlarla (MFLOPS) ölçmək lazımdır. Maşının imkanlarını qiymətləndirərkən, qarşıya qoyulan məqsəddən asılı olaraq, onun gücünü başqa üsullarla da ifadə etmək olar. İstifadəçilər və ya alıcılar gücü çox zaman operativ yaddaşın həcmi, prosessorun işləmə sürəti və ya kompüterin bir dəfəyə emal etdiyi bitlərin sayı (8, 16, 32 və s.) kimi terminlərlə xarakterizə edirlər. Beləliklə, bu cür qiymətləndirmələrə çox zaman başqa amillər də cəlb olunur; onlardan ən önəmli ikisi bunlardır: kompüterin komponentləri nə dərəcədə birgə işləyə bilər və onlardan tələb olunan funksiyalara nə dərəcədə uyğundurlar. Kompüter çoxlu elementlərdən ibarət olduğundan, onun gücü hər bir komponentdən, o cümlədən istifadəçidən də asılı olur. == Güc mənbəyi == Güc mənbəyi (ing. power supply) kompüterin korpusunun içərisində sistem lövhəsi ilə yanaşı yerləşən xüsusi funksiyaya malik qurğudur. Güc mənbəyinin bir sıra vəzifələri var: Ötürülən gərginliyi qəbul edərək, dəyişən cərəyanı sabit cərəyana çevirir; Gərginliyi sistem lövhəsinə və onun elementlərinə paylayır; Xarici yaddaş qurğularına gərginlik ilə təmin edir; Ventilyatoru vasitəsilə sistem blokunun içərisinidəki temperatoru nizamlayır; Güc mənbəyi kompüterin müxtəlif komponentləri içərisində elektriklə təchiz etmənin əsas komponenti sayılır.Onun funksiyalarına elektrik enerjisinin dəyişdirilməsi ilə yanaşı mütləq müəyyən edilmiş ötürücü kompüterin hər hansı komponentinə ötürülməsidir.Ona görə də güc mənbəyi ilə bağlı olan hər hansı problemlər sonda bütün sistemin nasazlığına gətirib çıxara bilər.
Qida gücü
Qida gücü – Beynəlxalq siyasətdə qida gücü, bir millətin və ya millətin bir qrupunun davranışlarını manipulyasiya etmək üçün digər millətdən və ya millətlərin bir qrupundan əmtəə təklif etdiyini və ya saxladığı bir siyasi nəzarət üsulu olaraq kənd təsərrüfatından istifadə edir. Silah kimi potensial istifadə OPEC-in əvvəllər neftdən siyasi silah olaraq istifadə edildikdən sonra tanındı. Ərzaq bir millətin siyasi hərəkətlərinə böyük bir təsir göstərir. Qida gücü hərəkətlərinə cavab olaraq, bir millət, ümumiyyətlə, öz vətəndaşlarının ərzaqla təmin etməsi üçün fəaliyyət göstərir. Qida qüvvəsi siyasətin ayrılmaz bir hissəsidir. Qida qüvvəsi ideyası embarqolar, məşğulluq və ərzaq siyasətində istifadə olunur. Bir millətin qida gücünü səmərəli şəkildə istifadə etməsi üçün millətə səmərəli şəkildə tətbiq edilməli və sərhəd nümayiş etdirməlidir, konsentrasiyanı təmin etməli, dispersiya və fəaliyyət müstəqilliyini tələb etməlidir. Qida qüvvəsini istifadə etmək üçün kifayət qədər kənd təsərrüfatı ixrac edən dörd əsas ölkə ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiyadır. Kiçik miqyasda, xüsusilə də bəzi Afrika ölkələrində ərzaq qüvvələri daxili döyüşlərdə və öz xalqına qarşı çıxan münaqişələrə qarşı çıxaraq silah kimi istifadə edilmişdir. Dünyada kifayət qədər kənd təsərrüfatını bu hipotetik ərzaq gücünü tətbiq etmək üçün ixrac edən dörd ölkə var: ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiya.
Qüds Gücü
Qüds qüvvələri (Farsca: نیروی قدس Nīrū-ye Qods və ya سپاه قدس Sepâh-e Qods) – İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı olan hərbi birləşmədir. İranın dövlət xaricində həyata keçirilən əməliyyatlar üçün birbaşa Ayətullah Seyyid Əli Xameneidən göstərişlər alır. 1998-2020-ci illər aralığında komandiri əfsanəvi general General-mayor Qasım Süleymani idi. 2020-ci il yanvarın 3-nə keçən gecə ABŞ-yə məxsus pilotsuz uçuş aparatından endirilən raket zərbələri nəticəsində general Süleymani qətlə yetirilmiş, bundan sonra isə briqadaya komandir General-mayor İsmail Qaani təyin olunmuşdur. 2007-ci ildə saylarının təxminən 15. 000 peşəkar əsgərdən ibarət olduğunu güman edirdilər.
İşçi gücü
İşçi qüvvəsi və ya İşçi gücü (ing. Labor power, alm. Arbeitskraft‎, fr. Force de travail) — marksist siyasi iqtisadiyyatında fiziki və zehni işə cəlb oluna bilən şəxs. Bu, Karl Marksın kapitalist siyasi iqtisadiyyatını tənqidində istifadə etdiyi açar konsepsiyadır. Karl Marks işləmək imkanının olmasının (işçi qüvvəsi) işləmək hərəkətindən (iş) fərqli olduğunu irəli sürdü. İşçi qüvvəsi hər cür cəmiyyətdə mövcuddur, ancaq terminin məhsul istehsal edən və xidmət göstərən istehsal vasitələri ilə eyniliyi tarixən mübahisəli olmuşdur. Azərbaycan dilinin izahlı lüğətinin ikinci cildinə görə, «İşçi qüvvəsi» işçilər və fəhlələrə aid edilir. İşçi sinif İzafi dəyər Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə.
Rizvan gücü
Rizvan gücü (ərəb. فوج الحاج رضوان‎, Fəvc əl-Həcc Rədvan, hərf. Hacı Rizvan alayı) — "Hizbullah"ın xüsusi əməliyyat qüvvələri bölməsi. Onun əsas missiyası Qalileya və İsrailin şimalına xüsusi diqqət yetirməklə İsrail ərazisinə sızmaqdır. "Hizbullah" 1990-cı illərdən bu gün "Rizvan gücü"nün bir hissəsi olan xüsusi təyinatlı döyüşçülərə təlim keçmişdir. Onların basqınlarda və kiçik birləşmə taktikalarında xüsusi təcrübələri var və "Hizbullah"a görə, "dərin sızma tələb edən pusqular, sui-qəsdlər və ya əməliyyatlar" həyata keçirirlər. 2008-ci ilin aprelindən əvvəl "Hizbullah"ın xüsusi bölməsi "Sürətli Müdaxilə Qüvvələri" və ya "Müdaxilə Birləşməsi" kimi tanınırdı. İmad Muğniyənin öldürülməsindən sonra birləşmə Muğniyənin əməliyyat adı olan "Hacı Rizvan"ın (الحاج رضوان) şərəfinə adlandırılmışdır.
Enerji super gücü
Enerji super gücü (ing. Energy superpower) — digər ölkələrə xam neft, təbii qaz, kömür və s. kimi böyük miqdarda enerji ehtiyatları verən və nəticədə, dünya bazarlarına siyasi və ya iqtisadi üstünlük əldə etmək üçün təsir etmə potensialına malik olan ölkə. Enerji super güc ölkələrinə Rusiya, Səudiyyə Ərəbistanı, Kanada, İran və Venesuela daxildir. ABŞ böyük şist qaz ehtiyatlarına görə potensial enerji gücü kimi qeyd olunur.
Meymun Gücü (personaj)
Lord Meymun Yumruğu və Lord Monti Fiske (ing. Monkey Fist) - "Kim Possibl" serialının düşmən personajlarından biridir. Əsl adı Montqomeri (qısaldılmış forması: Monti) Fiske-dir. Döyüş sənətləri ustasıdır. Ən qəti düşmənləri Ron Stoppabl və Kim Possibldır. Montqomeri Fiske əslən Britaniyadandır. Çəkisi 59 kq-dır. Montqomeri Fiske əvvəllər arxeoloq vəzifəsində çalışırdı. Nobel mükafatı laureatına layiq görülmüşdür. Əsas tədqiq sahələri meymunların artefaktları idi.
Türk dilinin gücü
Məhəbbətin gücü (film, 1983)
Betaab (Azərbaycanca tərcüməsi: Narahat) — 1983-cü ildə Caved Akhtar tərəfindən ssenari xətti yazılmış, rejissoru Rahul Ravail və prodüseri Bikram Sinq Dahal olan Hindistan romantik filmidir. Filmdə Şammi Kapurla birlikdə debüt rollarında Sunny Deol və Amrita Singh çəkilmişdirlər. Filmin musiqisini Rahul Dev Burman bəstələyib. Film çəkildiyi ilin ən böyük hitlərindən biri olmuşdur. Film 1987-ci ildə Ramesh Babu və Sonam ilə bərabər, Samrat adı ilə Teluqu dilində, 2011-ci ildə isə Kannadada Kartik adı ilə yenidən çəkilmişdir. Bu film ailələri arasında status fərqinə baxmayaraq bir-birini sevən iki gəncin sevgi hekayəsidir. Sunny, anası Sumitra ilə birlikdə şəhərin yaxınlığındakı fermasında yaşayan gənc, kasıb və xoşbəxt bir oğlandır. Əvvəllər atası Avenaş böyük iş adamı olmuş, amma müflis olmuşdur. Bu səbəbdən o, özünü öldürüb. Avenash şəhərin ən zəngin və güclü adamlarından biri olan Sərdar Dinesh Singh Girji ilə yaxın dost idi.